Bakı məktəblərində yeni davranış qaydaları tətbiq olundu
    • 13-06-2023, 14:16
    • 279

Bakı məktəblərində yeni davranış qaydaları tətbiq olundu

2022-2023-cü dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 62 məktəbdə Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” tətbiq olnub.

News24.az xəbər verir ki, idarədən verilən xəbərə görə, “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat” hazırlanarkən şagirdlər, müəllimlər, o cümlədən valideynlər arasında keçirilən sorğuların nəticələri nəzərə alınıb, beynəlxalq və özəl təhsil müəssisələrinin təcrübələri araşdırılıb.