Sumqayıtda yanğın baş verən ərazidə havadan nümunələr götürüldü
    • 13-06-2023, 18:42
    • 282

Sumqayıtda yanğın baş verən ərazidə havadan nümunələr götürüldü

Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və mütəxəssisləri hazırda hadisə yerindədirlər.

News24.az-ın məlumatına görə, Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, yanğın nəticəsində havaya qatı tüstü yayılıb.

Hazırda Ətraf Mühitin Monitorinqi üzrə Mərkəzin əməkdaşları tərəfindən ərazidə atmosfer havasının monitorinqi işlərinə başlanılıb.