Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər  davam edir
    • 22-02-2019, 14:10
    • 694

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balıqçılıq üzrə mütəxəssisləri tərəfindən növbəti görüş Göyçay, Goranboy, Göygöl, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Daşkəsən, Balakən, Zaqatala, Şəki və Qax rayonlarının nohur balıqçılığı (akvakultura) təsərrüfatlarının sahibləri ilə keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, nazirliyin mütəxəssisləri sahibkarlara nohurlarda balıq yetişdirilməsinin inkişaf perspektivləri, yüksək məhsuldarlığın əldə olunması yolları və keyfiyyətli yem təchizatının təmin olunması ilə bağlı məsləhətlər verib, onların problemlərini dinləyib və həlli yollarını müzakirə edərək sahibkarlara müvafiq tövsiyələr verib. 

Görüşdə sahibkarlara nohur balıqçılığı təsərrüfatlarının qeydiyyata alınması proseduru ilə bağlı təlimatlar verilib, yarana biləcək sualların cavablandırılması üçün Nazirliyin müvafiq qurumlarına müraciət etmələri bildirilib.  

Nohur balıqçılığı təsərrüfatlarının sahibləri ilə görüşlər davam edir.