"Papito"nun ifaçısı Renkayla iş birliyinə başladı
    • 22-02-2019, 15:10
    • 1 050

"Papito"nun ifaçısı Renkayla iş birliyinə başladı

“Chocolata” (Papito) mahnısı ilə məşhurlaşan müğənni Seeya yenidən Bakıya gəlib.

News24.az xəbər verir ki, ifaçı bu dəfə Bakıda çəkdirəcəyi yeni klipi üçün rəqqasə Rəna Ağamuradova (Renka) ilə iş birliyinə başlayıb.

Ruminiyalı ifaçı yeni klipinin çəkilişlərinə bu gün start verib.

Bir gün ərzində çəkiləcək ekran işində ifaçının rəqqasə ilə müxtəlif səhnələri görüntülənəcək.

Xatırladaq ki, bu onun Renkayla ikinci iş birliyidir.