"Biz öz torpaqlarımızı döyüşərək geri qaytardıq" - İlham Əliyev
    • 15-06-2023, 13:51
    • 313

"Biz öz torpaqlarımızı döyüşərək geri qaytardıq" - İlham Əliyev

Bilirsiniz ki, 30 il ərzində Azərbaycan Ermənistanla danışıqlarda iştirak edirdi, onlar da heç bir nəticə vermədi. Yalnız bizim hərbi gücümüz və Azərbaycan Ordusunun döyüş ruhu ərazi bütövlüyümüzü bərpa etdi.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.

Ərazi bütövlüyümüzün bərpasının danışıqlar və ya hər hansı vasitəçilik hesabına baş vermədiyini vurğulayan dövlət başçısı deyib: “Əksinə, həmin vasitəçilik səyləri vəziyyətin dondurulmasına gətirib çıxarmışdı. Biz bununla razı olmadıq, biz ərazi bütövlüyümüzü bərpa etdik, torpaqlarımızı döyüşərək aldıq”.