Türkiyədə UNO panikası - ANBAAN VİDEO
    • 15-06-2023, 17:39
    • 269

Türkiyədə UNO panikası - ANBAAN VİDEO

Ötən gün axşam saatlarında Türkiyənin Kahramanmaraş şəhərinin səmasında naməlum obyekt görünüb.

News24.az xəbər verir ki, hadisə şəhər mərkəzində qeydə alınıb və bir neçə vətəndaş həmin görüntüləri cib telefonu vasitəsilə qeydə alıb.

Şəhərin qərb hissələrinin səmasında görünən obyektin nə olduğu maraq doğurub.

Məlumata görə, bəzən parlaq, bəzən qaranlıq olan dairəvi obyekt bir müddət eyni vəziyyətdə dayanıb. Küçədəki vətəndaşların mobil telefonu ilə lentə alınan obyekt bir müddət sonra yoxa çıxıb.

Bu görüntünün peyk olması ehtimalı müzakirə olunur./BAKU.WS