23 il deputat olmuş məşhur aktrisa VƏFAT ETDİ
    • 15-06-2023, 19:05
    • 349

23 il deputat olmuş məşhur aktrisa VƏFAT ETDİ

İkiqat "Oskar" mükafatçısı britaniyalı aktrisa və siyasətçi Qlenda Cekson 87 yaşında dünyasını dəyişib.

News24.az xəbər verir ki, aktrisa ölümündən bir müddət əvvəl "Böyük Qaçaq" filminin çəkilişlərini bitirib.

Cekson ilk dəfə 1970-ci ildə "Aşiq qadın" filmindəki baş rola görə "Oskar"ın "Ən yaxşı aktrisa" nominasiyasını qazanıb. Üç il sonra "A Touch In Class" filminə görə eyni mükafata layiq görüldü. Cekson həm də karyerasında iki "Primetime Emmy" mükafatı qazanıb.

Cekson Britaniya parlamentində 23 il deputat kürsüsünü qoruyub.