Azərbaycan Premyer Liqasında komanda sayı 12-yə çatdırıldı
    • 16-06-2023, 13:49
    • 201

Azərbaycan Premyer Liqasında komanda sayı 12-yə çatdırıldı

Misli Premyer Liqasında komanda sayı artırılıb.

News24.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib.

Növbəti mövsüm Azərbaycan Premyer Liqada 12 komanda mübarizə aparacaq. Ötən çempionatı sonuncu yerdə başa vuran "Şamaxı" I diviziona düşməyəcək.

Həmçinin, aşağı dəstənin çempionu "Araz Naxçıvan"la yanaşı, "Zaqatala" da Premyer Liqaya yüksəlib.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Premyer Liqanın 2022/23 mövsümündə "Qarabağ" çempion olub.