-
- 17-06-2023, 14:53
- 349
ATU-da 3 yeni kafedra yaradılıb - Gəray Gəraybəyli
Azərbaycan Tibb Universitetində (ATU) peşəkar kadrların hazırlanması üçün 3 yeni kafedra yaradılıb.
News24.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli “Dünyadaki Azərbaycanlı Təbiblərin Simpoziumu"da çıxışında bildirib.
“Dar ixtisaslaşdırma aparılmaqla konkret fənlər təsis edilib. Gələn ildən cərrahi xəstəliklər kafedralarında da dar ixtisaslaşmalar aparılacaq",- deyə o əlavə edib.
Xatırladaq ki, Bakıda "Dünyadakı Azərbaycanlı Təbiblərib Simpoziumu" (Simpozium) keçirilir.
Simpoziumun keçirilməsi tibb sahəsindəki yeniliklərin öyrənilməsi, xaricdə çalışan azərbaycanlı həkimlərin ölkəmizə qayıdaraq tibb müəssisələrində fəaliyyətə təşviqi, onların yerli kadrlarla nəzəri və əyani təcrübə mübadiləsi və kommunikasiyalarının artırılması baxımından səhiyyəmizə mühim töhfələr verəcəkdir.
Tədbirdə dövlət qurumu rəsmiləri, millət vəkilləri, media nümayəndələri iştirak edir.