-
- 19-06-2023, 14:34
- 756
"Özümüz üçün danışıb-gülürük də..." - Rüfət Nasosnudan tənqid edənlərə CAVAB
Meyxanaçılar Vüqar Əbdülov, Oqtay Kamil, Mehman Əhmədli və Rüfət Nasosnu “Space” Televiziyasında “Meyxəbər” adlı yeni verlişə start verib.
Meyxanaçılar həmin proqramda Azərbaycanda və dünyada baş verən hadisələri müzakirə edir, şərh verir, fikir bildirirlər.
Onların belə bir verlişdə yer alması, fikir bildirmələri isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Onlar bayağı mövzuların müzakirə olunduğunu və “çayxana söhbətləri”nin efirə gətirildiyini qeyd ediblər.
Sosial şəbəkə istifadəçiləri meyxanaçıların “Aleyna Tilki”ni, “Al Paçinonun 83 yaşında ata olması”nı müzakirəyə çıxarmalarını sərt tənqid ediblər.
Bununla bağlı meyxanaçı Rüfət Nasosnı News24.az-a danışıb.
O bildirib ki, tənqid olunmalarında heç bir problem görmür: "Biz 10 milyonluq auditoriya üçün verliş hazırlayırıq. Biz verlişi sosial şəbəkədə rəy yazacaq 2-3 min nəfər üçün nəzərdə tutmamışıq. Çox vaxt sosial şəbəkədə insanlar söhbətin nə olduğunu bilməsə də, rəy yazır. Biz iş görmüşük ki, tənqid olunuruq. Tənqiddə problem yoxdur. İnsan tənqid olunmalıdır. İdeal deyilik ki… Əsas odur ki, bəzi səviyyəsizlər təhqir etməsinlər.
Meyxanaçı əlavə edib ki, bu, proqramın ilk buraxılışıdır və belə müzakirələrin olması da gözləniləndir: “ Efir üçün öncədən hazırlaşmamışdıq. Verliş aparmaq üçün kifayət qədər intellektimiz var. Mən də, Vüqar da ali savadlı insanlarıq. Veriliş aparmaq üçün jurnalist olmaq lazım deyil. Həmin verlişdə bizim məqsədimiz dünyada, ölkədə baş verən hadisələri iqtisadi yaxud siyasi yöndən təhlil etmək deyil. Sadəcə, komik tərəfdən yanaşmadır. Heç kimi təhqir etmirik, özümüz üçün danışıb gülürük də…”
Qumral ƏLİYEVA