Messi istirahət edərək 25 milyon dollar qazanacaq
    • 19-06-2023, 18:42
    • 191

Messi istirahət edərək 25 milyon dollar qazanacaq

Səudiyyə Ərəbistanının Turizm Nazirliyi argentinalı hücumçu Lionel Messi ilə müqavilə imzalayıb. 

News24.az
"Unikal"-a istinadən xəbər verir ki, futbolçu istirahətini Səudiyyə Ərəbistanında keçirdiyinə görə 25 milyon dollar alacaq. 

Mayın sonunda Messi ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanında istirahət edib. Məlumata görə, məhz həmin andan tərəflər arasında ölkənin imicinin yaxşılaşdırılmasına yönəlmiş əməkdaşlıq müqaviləsi imzalanıb. Həmin səfər üçün argentinalı 2 milyon dollar alıb.

İndi Messi kommersiya fəaliyyətlərində iştirak edəcək, sosial şəbəkələrdə yazılar yazacaq və ailəsi ilə Səudiyyə Ərəbistanında tətil üçün pul alacaq. O, səfərlərindən fotoları yerləşdirməli və onları nazirlik tərəfindən təsdiqlənmiş heşteqlə etiketləməlidir. Tərəflər arasında üç illik müqavilə bağlanıb.