Masallıda narkotik alverçisi həbs edildi — FOTO
    • 20-06-2023, 10:12
    • 227

Masallıda narkotik alverçisi həbs edildi — FOTO

Masallı sakininin istifadəsiz tikilidə gizlətdiyi 4 kiloqram narkotik aşkarlanıb.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Masallı rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Lətif Bağışov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 540 qram marixuana aşkarlanıb.

Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı Lətif Bağışovun Masallı şəhəri ərazisindəki istifadəsiz tikilidə gizlətdiyi ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.