Qax rayonunda 10 otaqlı evdə yanğın baş verib

Qax rayonunda 10 otaqlı evdə yanğın baş verib Kriminal
Qax rayonunda yanğın hadisəsi baş verib.

News24.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 360 m² olan (hər mərtəbəsi 180 m²) ikimərtəbəli 10 otaqlı evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 56 m² sahədə, birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 56 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.