Bir gecədə 4 nəfər qazdan zəhərləndi - Şamaxıda
    • 25-02-2019, 11:00
    • 881

Bir gecədə 4 nəfər qazdan zəhərləndi - Şamaxıda

Gecə saatlarında Şamaxıda ard-arda 4 nəfər dəm qazından zəhərlənib. 

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, ilk olaraq şəhərin Salman Mümtaz küçəsinin sakini 1957-ci il təvəllüdlü Şabanı Xədicə Bayram qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra həmin küçənin digər sakini 1992-ci il təvəllüdlü Elvin Muradov, gecənin digər saatlarında Cəfər Cabbarlı küçəsində yaşayan 1988-ci il təvəlüddlü Əmralı Diləfruz Dadaş qızı və 8 yaşlı Əmralı İslam Murad oğlu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. 

Dəm qazından zəhərlənmiş şəxslərə ilkin müdaxilələr edilib, vəziyyətləri qənaətbəxşdir.

Hazırda hər üç faktla bağlı araşdırma aparılır.