Qadın həbsxanasında qarşıdurma - 41 ÖLÜ
    • 21-06-2023, 16:28
    • 157

Qadın həbsxanasında qarşıdurma - 41 ÖLÜ

Hondurasın Fransisko Morazan departamentində yerləşən qadın həbsxanasının 41 məhbusu cinayətkar dəstə üzvlərinin qarşıdurması zamanı ölüb. 

News24.az xəbər verir ki, qadın həbsxanasında iki qrup Mara Salvatrucha və Barrio 18 toqquşub. Məhkumların əksəriyyəti qruplardan birinin təşkil etdiyi yanğında ölüb. 

Bildirilib ki, yanğın zamanı azı 25 nəfər həlak olub.

Zərərçəkənlərin həmçinin bıçaq, güllə yaraları və digər xəsarətlər aldığı qeyd edilib.

Müəssisədə baş verənləri müəyyən etmək üçünaraşdırma aparılır. /Ren TV/