Xalq artistinin infarkt keçirdiyi barədə məlumat yayılıb
    • 25-02-2019, 11:39
    • 1 011

Xalq artistinin infarkt keçirdiyi barədə məlumat yayılıb

Rusiya mətbuatında xalq artisti, aktrisa Lidiya Fodeseyeva-Şukşinanın kəskin infarkt keçirdiyi barədə məlumat yayıb.

News24.Az bildirir ki, məlumatda aktrisanın reanimasiyaya yerləşdirildiyi öz əksini tapıb. Ötən gün isə Şukşinanın sayca 5-ci - hazırkı əri prodüser Bari Alibasov mətbuata xəbərin yalan olduğu barədə açıqlama verib.

Alibasov bildirib ki, həyat yoldaşı fevralın 24-ü sadəcə təzyiqinin artması səbəbi ilə xəstəxanaya qaldırılıb və orada cəmi 1 gecə qalıb. Hazırda evdə olan xalq artistinin səhhəti normaldır.

Qeyd edək ki, L. Fodeseyeva-Şukşinanın nəvələri son vaxtlar onun mirası üstündə davaya qalxıblar. Bu olaydan dolayı aktrisanın ətrafında xoşagəlməz söz-söhbətlər yaşanmaqda davam edir.

News24.Az