-
- 22-06-2023, 11:10
- 347
Blinken Fidanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Londonda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
News24.az xəbər verir ki, bu barədə “Daily Sabah” yazıb.
Görüş zamanı diplomatlar Azərbaycan və Ermənistan arasında münasibətlərin Cənubi Qafqaz regionunda baş verən hadisələr kontekstində tənzimlənməsini, Ukraynadakı vəziyyət, NATO-nun genişləndirilməsi və ikitərəfli münasibətləri müzakirə ediblər.
Qeyd olunur ki, müzakirələr Ukraynanın yenidən qurulmasına həsr olunmuş iki günlük beynəlxalq konfrans çərçivəsində baş tutub.
“Danışıqlar zamanı ikitərəfli əlaqələrlə yanaşı, Türkiyənin təşəbbüsü ilə həyata keçirilən Qara dəniz taxıl sazişi də müzakirə edilib”, - məlumatda deyilir.
Akqabay