Füzulidə vəzifəli şəxs vəfat etdi — FOTO
    • 22-06-2023, 15:37
    • 1 503

Füzulidə vəzifəli şəxs vəfat etdi — FOTO

Uzun illər Füzuli rayonunda təhsil sahəsində çalışmış Rafiq Səmədov vəfat edib. 

News24.az xəbər verir ki, o, xəstəlik səbəbindən dünyasını dəyişib.

Bildirilib ki, R.Səmədov xeyli müddət Horadiz qəsəbə 2 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb. O, son olaraq Füzuli Təhsil Şöbəsinin müdir müavini vəzifəsini icra edib.