Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxsə şərti cəza verilib
    • 25-02-2019, 13:04
    • 981

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoyan şəxsə şərti cəza verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Fidan Babayevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
Qeyd edək ki, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Fidan Babayeva Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.
Məlum olub ki, o, bir neçə qadını Türkiyəyə apararaq cinsi istismara məruz qoyub. F.Babayeva bu əməlləri 2006-2008-ci illərdə törədib.
Türkiyədən qayıdan zərərçəkmiş qadınlar baş idarəyə şikayət edib.
Şikayət əsasında 2009-cu ildən F.Babayevanın barəsində "İnterpol" vasitəsilə axtarış elan edilib. O, ötən il saxlanılıb. Barəsində həbs qətimkan tədbiri seçilməyib.
Cinayət işində 3 zərərçəkmiş qadın var.

//Report