Laçında ayı sakinə hücum etdi - Video
    • 22-06-2023, 23:39
    • 203

Laçında ayı sakinə hücum etdi - Video

Laçında ayı sakinə hücum edib.

Bu barədə Laçın Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri Orxan Cəbrayıl bildirib.

O qeyd edib ki, meşədən çıxan ayı rayonun Qorçu kənd sakini Nicat Qasımova hücum edib. Nəticədə N.Qasımov sağ bud, sağrı və sağ əlindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır. /Axar.az/