14 yaşlı yeniyetmə gölməçədə boğuldu
    • 25-06-2023, 10:41
    • 181

14 yaşlı yeniyetmə gölməçədə boğuldu

Tovuzda 14 yaşlı yeniyetmə gölməçədə boğulub.

News24.az xəbər verir ki, hadisə iyunun 24-də rayonun Əyyublu kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 2009-cu il təvəllüdlü Nihat Məmmədov kəndin ərazisində sel nəticəsində yaranmış gölməçədə çimərkən boğularaq ölüb.