Priqojinin Kiyevə hücumu Belarus ərazisindən ola bilər
    • 25-06-2023, 14:21
    • 301

Priqojinin Kiyevə hücumu Belarus ərazisindən ola bilər

Kiyevə hücum bu dəfə Belarus ərazisindən edilə bilər.

News24.az xəbər verir ki, bu iddia ilə Britaniya generalı, Britaniya Baş Qərargahının keçmiş rəisi Riçard Dannat çıxış edib. 

O, həmin hücuma hazırda Belarusda olan “Vaqner” Özəl Hərbi Şirkətinin rəhbəri Yevgeni Priqojinin rəhbərlik edə biləcəyini deyib. 

Dannat xəbərdarlıq edib ki, Priqojin ətrafında döyüşə hazır qüvvələri saxlayırsa, o, Rusiya Federasiyası ilə genişmiqyaslı müharibənin başladığı Kiyevə ən yaxın olan Ukrayna cinahı üçün yenidən təhlükə yaradır.

Onun sözlərinə görə, Rusiynın "Vaqner"-dən istifadə edərək Ukrayna paytaxtını ələ keçirmək üçün yenidən cəhd etməsi tamamilə mümkündür. /Unian.net/