-
- 26-06-2023, 14:55
- 570
Paytaxtdakılar 5 ayda bu qədər pul xərcləyib
2023-cü ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,2 % artaraq 12 milyard 10,3 milyon manat olub.
Dövlət Statistika Komitəsindən (DSK) News24.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,7 % artaraq 6 milyard 566,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,2 % azalaraq 5 milyard 443,9 milyon manata bərabər olub.
İstehlak məhsullarının 37 % hüquqi şəxs statuslu müəssisələrdə, 40,4 % fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,6 % isə paytaxtın məhsul bazarlarında satılıb.