-
- 28-06-2023, 17:57
- 272
Boksçumuz erməni rəqibini məğlub etdi
Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən III Avropa Oyunlarının 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hambardzum Hakobyana qalib gəlib.
News24.az xəbər verir ki, 21 yaşlı idmançı yarımfinala yüksəlməklə, ən azı bürünc medalı təmin edib.
M.Allahverdiyev hər 3 raundu xeyrinə bitirərək, 5:0 (30:26, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
O, yarımfinal döyüşünə iyunun 30-da çıxacaq. Azərbaycan boksçusunun final yolundakı rəqibi xorvatiyalı Qabriel Veoçiç olacaq.