-
- 29-06-2023, 18:30
- 394
Qərbi Azərbaycan İcmasından Paşinyanın bəyanatına reaksiya
Biz Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanı onun Qarabağ bölgəsində yaşayan erməniləri emiqrasiyaya məcbur etmək niyyətində olmaqda ittiham edən bugünkü bəyanatını kəskin şəkildə pisləyirik. Bu bəyanat nəinki əsassızdır, həm də beynəlxalq hüquq normalarına və Ermənistanın öz qoşunlarını Azərbaycandan çıxarmaq öhdəliyini götürdüyü 2020-ci il üçtərəfli bəyanata zidd olaraq, ərazi iddiasına dəstək kimi Azərbaycanda qanunsuz hərbi mövcudluğunu davam etdirmək məqsədinə xidmət edir.
News24.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, baş nazir Paşinyanın etnik təmizləmədən danışması istehza doğurur: "Belə ki, bütün azərbaycanlıları öz ərazisindən zorla çıxaran və onların geri qayıtmasına mane olan məhz Ermənistandır. Ermənistan hökuməti, o cümlədən baş nazir Paşinyan Qərbi Azərbaycan İcmasının Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə geri qayıtması üçün dinc dialoqa çağırışlarına məhəl qoymur. Ermənistan bu çağırışlarımıza cavab verməməklə və Azərbaycanın suverenliyinə qəsd edən fəaliyyətləri ilə insan hüquqlarına etinasızlıq nümayiş etdirir və Azərbaycan hökumətinin erməni millətindən olan vətəndaşlarının reinteqrasiyası istiqamətində səylərini sabotaj etməyə çalışır".
"Biz baş nazir Paşinyanı bu zərərli səyləri dayandırmağa və azərbaycanlıların Ermənistana təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasını təmin etməyə çağırırıq. Bu prosesə yardım etmək, geri qayıdan azərbaycanlıların hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq missiyaların cəlb edilməsinə Ermənistanın razılıq verməsi vacibdir. Qərbi Azərbaycan İcması dialoq, dinc və yanaşı yaşama və insan hüquqlarına hörmət prinsiplərinə sadiq qalır. Biz baş nazir Paşinyanı eyni sədaqət nümayiş etdirməyə və azərbaycanlıların Ermənistandakı öz qanuni evlərinə qayıtmasını ehtiva edən ədalətli və inklüziv cəmiyyət quruculuğu yolunda işləməyə çağırırıq", - bəyanatda vurğulanıb.