Azərbaycan nefti cüzi ucuzlaşdı
    • 30-06-2023, 10:54
    • 636

Azərbaycan nefti cüzi ucuzlaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb.

News24.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli ötən günlə müqayisədə 0,09% və ya 0,07 dollar ucuzlaşaraq 76.97 ABŞ dollara ticarət edilib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.