Rusiyadan Azərbaycana gələnlərin sayı kəskin artdı
    • 30-06-2023, 19:55
    • 502

Rusiyadan Azərbaycana gələnlərin sayı kəskin artdı

"Yandeks Travel" analitikləri 2023-cü ilin iyun ayında otel sifarişləri və uçuş axtarışları ilə bağlı məlumatların tədqiqindən sonra Rusiyadan Azərbaycana səyahət edənlərin sayının artdığını aşkarlayıblar.

News24.az Report-a istinadən xəbər verir ki, araşdırmaya görə, Azərbaycan səyahətə tələbatın artmasına görə lider olub. Daha sonra ruslar Gürcüstana (87%), Tailanda (80%), Kiprə (55%) və Türkiyəyə (44%) səfər ediblər.

Azərbaycana səfərlərə tələbatın dəfələrlə artmasına səbəb kimi ekspertlər gediş-dönüş aviabiletlərinin qiymətlərinin 2022-ci illə müqayisədə 23% enməsini göstərir.

Eyni zamanda, Azərbaycanda hotellərdə orta qiyməti dəyişməz qalıb.