Baş idarə 2 şəhərdə, 4 rayonda əməliyyat keçirdi – Həbs olunanlar var
    • 3-07-2023, 14:43
    • 187

Baş idarə 2 şəhərdə, 4 rayonda əməliyyat keçirdi – Həbs olunanlar var

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakı və Sumqayıt şəhərləri, həmçinin Balakən, Qusar, Sabirabad və Xaçmaz rayonlarında əməliyyatlar keçirib.

News24.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən dəstənin Azərbaycandakı üzvlərinə və qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslərə qarşı növbəti təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.

Saxlanılan şəxslərdən 33 kiloqram narkotik vasitə, 2 tapança, 2 avtomat silah, 1 tüfəng, *47 ədəd patron və 3 ədəd patron darağı aşkar edilib.

Əməliyyatlar zamanı paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Vaqif Novruzov və İsmayıl Piriyev, habelə Şirvan şəhər sakini Ülvi İbrahimov saxlanılıblar.

Onlardan ümumilikdə 33 kiloqram narkotik vasitə, o cümlədən, 17 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və 16 kiloqram heroin aşkar edilib.