-
- 27-02-2019, 11:37
- 1 262
Bakı məktəblərində “Nəsimi İli” ilə bağlı əmr imzalanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsi “Nəsiminin 650 illik yubileyinin keçirilməsi barədə” əmr imzalayıb.
İdarədən News24.az-a verilən məlumata görə, müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planında “Nəsimi İli” çərçivəsində sinif təşkilat saatlarının, disput, “Dəyirmi masa” və konfransların təşkili nəzərdə tutulur. Həmçinin İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr, müsabiqələr keçiriləcək. İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bülleten, divar qəzetləri, fotostendlər və bukletlər hazırlanacaq. Təhsil müəssisələrində İmadəddin Nəsiminin bədii irsini, yaradıcılığını əks etdirən kitab və fotolardan ibarət sərgiyə baxış keçiriləcək, məktəb kitabxanalarında böyük şairin əsərlərinin oxusu və müzakirəsi aparılacaq. Bundan əlavə, yuxarı sinif şagirdləri arasında “Ən yaxşı təqdimat müsabiqəsi”, təhsil işçilərinin elmi konfransı və “Şeir, incəsənət və mənəviyyat” festivalı təşkil olunacaq.
Nigar MƏMMƏDLİ