C. Cabbarlının 120 illik yubileyi ilə əlaqədar müsabiqə keçiriləcək
    • 27-02-2019, 12:33
    • 1 053

C. Cabbarlının 120 illik yubileyi ilə əlaqədar müsabiqə keçiriləcək

F.Köçərli adına Respublika Uşaq Kitabxanası böyük ədib, dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar “Ey dan ulduzu...” adlı monoloq müsabiqəsi elan edir.

Bu barədə News24.Az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Müsabiqədə 12-16 yaş həddində olan yeniyetmələr iştirak edə bilər.
Müsabiqə 15 aprel 2019-cu ilədək davam edəcək.
Müsabiqədə iştirak etmək istəyənlər F.Köçərli adına Respublika Uşaq Ktabxanasında qeydiyyatdan keçməlidir.
Müsabiqənin qalibləri I, II, III yer olmaqla qiymətləndiriləcək.
Müsabiqədə iştirak etmək istəyənlər özləri haqqında bu məlumatları da təqdim etməlidirlər:
▪Adı, soyadı, atasının adı və təvəllüdü
▪Ev ünvanı, məktəbin nömrəsi, əlaqə telefonu
 
Ünvan:S.Vurğun küç.88
Əlaqə telefonu: (012) 597-08-79
E-mail: [email protected]