-
- 27-02-2019, 12:35
- 880
Azercell büdcəyə 1 milyard 732,3 milyon ödəyib
Azərbaycanın ilk GSM operatoru Azercell, ölkə əhalisinin 99,8 %-ini, ərazisinin isə 99,1%-ini (işğal olunmuş ərazilər xaric) əhatə edərək, ölkənin telekommunikasiya sektorunda 49% bazar payı ilə lider mobil operator mövqeyində qərarlaşmağa davam edir.
News24.az xəbər verir ki, ölkənin qeyri neft sektorunun ən iri vergi ödəyicisi olan Azercell şirkəti 2018-ci ildə dövlət büdcəsinə 94,5 milyon manat, 22 il ərzində isə 1 milyard 732,3 milyon manat həcmində vəsait ödəyib. Azercell ölkədə telekommunikasiyanın inkişafına ötən il 59,5 milyon ABŞ dolları, 22 il ərzində 1 milyard 527 milyon ABŞ dollarından artıq sərmayə yatırıb. Şirkət 2018-ci ildə insan qaynaqlarının inkişafına 880 000 min ABŞ dollarına yaxın, sosial layihələrə isə 266 000 ABŞ dollarından çox vəsait xərcləyib.
Qeyd edək ki, “Azercell Telecom” MMC-nin prezidenti, Vahid Mürsəliyevin 2018-ci ilin yekunlarına dair video müraciətini bu keçiddən izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=4yh7Xe7imcY
Nigar MƏMMƏDLİ