Azad edilmiş ərazilərdə ötən həftə 305 mina aşkarlanıb
    • 5-07-2023, 18:35
    • 168

Azad edilmiş ərazilərdə ötən həftə 305 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 305 mina aşkarlayıb.

News24.az xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib.

Məlumata əsasən iyunun 1-dən iyunun 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 63, tank əleyhinə 242 mina və 552 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 2979,1 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.