Lökbatanda dənizdə bir nəfər batıb
    • 6-07-2023, 12:39
    • 232

Lökbatanda dənizdə bir nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 550 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

FHN-dən News24.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.