Elşad Xose Hüseyn Dərya haqda sirri açdı: Buna görə düşmən olduq – VİDEO
    • 7-07-2023, 11:00
    • 843

Elşad Xose Hüseyn Dərya haqda sirri açdı: Buna görə düşmən olduq – VİDEO

“Təzə-təzə münasibətimiz yaxşı idi. Qısqanc, paxıl insan deyildi, bacardığım qədər də kömək edirdim. Hüseyn partdadandan sonra Anar Nağılbaz onu qısqanmağa başladı. Anar ya o, ya bu tərəfdə olurdu. Nə “Dəyirman” qrupu, nə Anar Nağılbazla mənim Hüseyn Dərya ilə mübarizə aparmağa ehtiyacım olmayıb. Onun təxəllüsünü belə, mənim verdiyim müsahibə ona bağışlayıb: o, akuladırsa, mən də dəryayam. Belə bir şey dedim, o da Dərya kimi tanındı”.

News24.az xəbər verir ki, bu sözləri reper Elşad Xose Baku TV-yə müsahibəsində deyib. O, illərlə aralarında qalmaqal yaşanan mərhum reper Hüseyn Dərya ilə bağlı etiraflar edib:

“Biz dost ola bilərdik, onu özümdən uzaq saldım. Dedim ki, sən hələ cavansan, bir az öyrən. Qırıldı və ona təsir etdi. Bir dəfə onu bulvarda bıçaqlamışdılar, elə bilirdi ki, mənlikdir. Sənətimiz, tərzimiz, dinləyicimiz fərqli idi. Kəmiyyət onda idi, keyfiyyət məndə. Onun bəzi davranışı, mahnıları, həyat tərzi mənim ona vurduğum pisliklərdən daha çox pislik edirdi. Ona nəsə etməyimə ehtiyac yox idi. Narkotikə də mənə görə gəlib. İnsan öləndə qədri bilinir. Sosial şəbəkədə onu ağzıdolu tərif edənlər heç bilmir ki, qəbri haradadır”.

Qeyd edək ki, Hüseyn Dərya 2014-cü ildə avtomobil qəzasında vəfat edib.