-
- 7-07-2023, 13:18
- 594
Tanınmış meyxanaçıdan İRADLARA CAVAB: “Etikadan kənar ifadələrə...”
“Mən hər zaman etikadan kənar ifadələrə, sözlərə qarşı çıxan bir adam olmuşam”.
Bu fikri tanınmış meyxanaçı Mehman Əhmədli aparıcısı olduğu “Meyxəbər” verilişində qeyri-etik ifadələrin işlədilməsi ilə bağlı səsləndirilən iradlara münasibət bildiriərkən Yenicag.az-a açıqlamasında deyib.
M.Əhmədli aparıcıların verilişin formatına uyğun olaraq yumoristik çalarlara üstünlük verdiyini bildirib:
“Verilişin formatı belədir ki, söhbətlər yumor üzərində qurulmalıdır. Qabaqcadan da bizə belə təklif etdilər. Biz də formata uyğun olaraq verilişə dad-duz qatmaq üçün yumorlu xəbərləri seçdik. Yumoristik tərzdə xəbərlərə münasibət bildiririk. Amma ilk verilişdən sonra tənqidi fikirlər səsləndi.
Veriliş zamanı qeyri-etik ifadələr işlədildiyini bizə irad tutanlar oldu. Mən hər zaman etikadan kənar ifadələrə, sözlərə qarşı çıxan bir adam olmuşam. Ola bilər orada oxunan yumorlu xəbərlərdən irəli gələrək belə ifadələr işlənsin, yaxud da kiminsə ağzından qeyri-ixtiyarı hansısa söz çıxsın.
Yenə də deyirəm, verilişin formatı elədir ki, bu məqamlar bəzən qaçınılmaz olur. Əslində layihənin məzmunu oxunan xəbərlərə zarafatyana münasibətdən ibarətdir. Bu da təbii ki, izləyicilər tərəfindən birmənalı qarşılanmır. Zövqlər də müxtəlifdir. Hələ ki, veriliş davam edir. Amma bu layihənin növbəti mövsümdə davam edib-etməyəcəyini izləyicilərin münasibəti müəyyən edəcək. Əgər veriliş alqışlansa, baxılsa, uğur gətirsə davam edəcək. Qabaqcadan bir söz deyə bilmərik”.
Qeyd edək ki, verilişin aparıcıları tanınmış meyxanaçılar Mehman Əhmədli, Vüqar Əbdülov, Oqtay Kamil və Rüfət Nasosnudur.