"Albaniya Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə çalışır”
    • 7-07-2023, 16:46
    • 201

"Albaniya Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə çalışır”

“Albaniya iqtisadiyyatın bir çox istiqamətlərində, o cümlədən turizm, infrastruktur və enerji sahələrində Azərbaycanla əməkdaşlığı daha da genişləndirməyə çalışır”.

News24.az
xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram Beqay tviterdə etdiyi paylaşımda yazıb.

“Biz Azərbaycanla iqtisadiyyat, turizm və infrastruktur sahələrində əməkdaşlığı genişləndirməyə sadiqik. Albaniya Trans-Adriatik Qaz Boru Kəməri (TAP) çərçivəsində qaz nəqlində benefisiar ölkə olmağa hazırdır”, - paylaşımda deyilir.