Yasamalda yanğın: köməksiz şəxs xilas edildi
    • 7-07-2023, 21:04
    • 239

Yasamalda yanğın: köməksiz şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Hüseyn Cavid prospekti, 32 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən ​News24.az​​​-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacları və kabellərində yanğın baş verdiyi müəyyən olunub.

FHN əməkdaşlarının çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib. Hadisə zamanə FHN-in qüvvələri tərəfindən qatı tüstülənmə səbəbindən təhlükəli vəziyyətdə qalan 1 nəfər bina sakini xüsusi vasitələrin köməyi ilə xilas edilib, 3 vətəndaş isə binadan təhlükəsiz əraziyə təxliyə edilib.

Yanğın nəticəsində 5 ədəd elektrik sayğacı və kabel 5p.m. yanıb, mənzillər yanğından mühafizə olunub.