Elza Seyidcahan açıqladı:
    • 8-07-2023, 11:55
    • 948

Elza Seyidcahan açıqladı: "Anar müəllim zəng edib dedi ki..."

Əməkdar artist Elza Seyidcahan ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində Yazıçılar Birliyinin üzvü olmasından danışıb.

News24.az
xəbər verir ki, Elza Seyidcahan bu sözləri deyib:

"Azərbaycan Yazıçılar Birliyinin sədri yazıçı Anar şəxsən özü zəng edib, bildirdi ki, siz Yazıçılar Birliyinə üzv seçildiniz, gəlin vəsiqənizi götürün. Bu məni çox həyəcanlandırdı və dedim ki, ömür boyu bu məsuliyyəti itirməyəcəm. Yazıçılar Birliyinə gedəndə Çingiz Abdullayev iş otağından çıxıb, məni qarşıladı".

Elza Seyidcahan aparıcı Zaur Baxşəliyevin "Sizin Yazıçılar Birliyinə üzv olmağınız niyə bu qədər rezonans doğurdu. Bəstəkarlar İttifaqının da üzvüsünüz" sualına "Şairləri yaşadan biz bəstəkarlarıq. Mənə bilirsiniz ki, nə qədər şairlər kitablarını xahişlə, minnətlə verirdilər. Amma indi şairlər efirdə görürsən ki, tənqid edirlər", - deyə cavab verib.

Daha sonra Zaur Baxşəliyev "Sən xəstələri də sağaltdın, xəbərin var (Mürvət Qədimoğlunu nəzərdə tutur. Şair bir müddət avtoqəza keçirib və hazırda səhhətində problemlər var – red.) deməsinə Elza Seyidcahan “Ürəyim ağrıdı o xəstəyə ki, onu verilişə elə geyimdə çıxartmışdılar. Heç olmasa o kişini də şair paltarında çıxarardılar. (Mürvət Qədimoğlu “Təsir dairəsi” proqramının canlı efirinə “mayka”da çıxmışdı). Kişini yataq paltarında efirə çıxartmışdılar ki, bu sözləri deməlisən Elzaya”, - cavablandırıb.

Qeyd edək ki, Elza Seyidcahana üzvlük vəsiqəsi Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev tərəfindən təqdim olunub. (Teleqraf.com)