Binəqədidə çürümüş meyiti tapılan şəxslə bağlı İLGİNC FAKT
    • 8-07-2023, 12:21
    • 165

Binəqədidə çürümüş meyiti tapılan şəxslə bağlı İLGİNC FAKT

Binəqədidə meyiti aşkar edilmiş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.

News24.az
-a Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 5-i saat 17 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Saleh Sadıqovun çürümüş meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.  

Prokurorluq və polis əməkdaşlarının hadisə aşkar olundıqdan sonra isti izlər əsasında keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iyunun 25-i saat 01 radələrində 1988-ci il təvəllüdlü Anar Cəfərov tərəfindən aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Anar Cəfərov cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.