Geomaqnit qasırğası gözlənilir
    • 10-07-2023, 11:04
    • 327

Geomaqnit qasırğası gözlənilir

Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması gözlənilir.

Bu barədə News24.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Qeyd edilib ki, kosmik hava durumuna görə, hesabat dövrü ərzində Günəş fəallığı orta səviyyədə olub. M (R1-R2) və C sinif alışmalar baş verib. Günəşin səthində ləkələrin sayı artıb. Hazırda 12 ləkə qrupu və 197 ləkə müşahidə olunur. Günəşin səthində Tac dəliyi müşahidə olunur.

Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit və aktiv səviyyələrdə olub. Hazırda geomaqnit sahəsi sakitdir (Kp=1.67).
Günəş küləyinin sürətinə 11 iyulda müsbət qütblü CH HSS-in (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər selinin) təsiri gözlənilir.

Geomaqnit sahəsinin 10-11 iyulda qeyri-stabil olması, 12-13 iyulda isə 4Kp-yə kimi yüksəlməsi ehtimalı var.