Ehsan Zahidov təqaüdə göndərildi
    • 10-07-2023, 14:00
    • 201

Ehsan Zahidov təqaüdə göndərildi

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

News24.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.