"Müğənni deyiləm ki əzbər bilim..." - Anar mahnı oxumasından danışdı - VİDEO
    • 10-07-2023, 14:25
    • 399

"Müğənni deyiləm ki əzbər bilim..." - Anar mahnı oxumasından danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tədbirlərin birində "Ay Laçın" mahnısını oxuyub. 

Xalq yazıçısının bu ifası sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Kimisi onu mahnının sözlərini unutduğuna, kimisi də, "yazıçı mahnı oxumaz" deyə tənqid edib. 

Xalq yazıçısı həmin görüntülərlə bağlı News24.az-a danışıb.

""Ay Laçın" mənim ən sevdiyim mahnıdır. Daha öncə heç vaxt mahnı oxumamışdım. Bu ilk idi. Məqam yarandı, mən də oxudum. Başqa mahnı oxumağıma, yaxud da sözlərini unutmağa gəlincə, mən müğənni deyiləm ki, bütün mahnıları və sözlərini əzbər bilim".

Yazıçı onu tənqid edənlərdən də danışıb: "Mənim hər çıxışımı, davranışımı niyə tənqid edirlər? Bu sualı onlara vermək lazımdır. Yəqin başqa işləri-gücləri yoxdur. Ayrı bir məşğuliyyət tapa bilmirlər deyə, Anarı tənqid edirlər".

Qumral Əliyeva