-
- 10-07-2023, 15:11
- 517
Mingəçevir, Lerik, Balakən...- Deputatlarımız XARİCƏ GETMƏYƏCƏK
İyul ayının 11-dən Milli Məclisin deputatları tətilə çıxır. Maraqlıdır deputatlar bu yay tətillərini harada və necə keçirəcəklər? Onlar ölkə xaricinə ya bölgələrimizə üz tutacaqlar?
Bununla bağlı News24.az bir neçə deputat arasında sorğu keçirib.
Deputat Tahir Rzayev bildirib ki, Azərbaycanın səfalı, istirahət etməli yerləri çox olduğuna görə tətili elə ölkəmizdə keçirəcək:
"Əlbəttə ki, səmərəli işləmək üçün müəyyən müddət istirahət etmək çox vacibdir və bu istirahətin faydalı keçirilməsi də çox mühümdür. Yəni, istirahəti elə keçirmək lazımdır ki, o gələcək fəaliyyət üçün stimul olsun. Bu il mən respublikadan kənara çıxmağı düşünmürəm. İstirahət dövrlərində rayonlarda olacağam və orada insanlarla görüşəcəyəm. Sonrakı vaxtlarda isə müəyyən regionlarda olmağı planlaşdırmışam. İstəyirəm ki, Mərdəkanda olum, daha sonra isə Lerikə getmək fikrim var. Əgər mümkün olsa respublikamızın başqa rayonlarında da olacağam. Sözsüz ki, təbiətin qoynunda olmaq və gözəllikləri hiss etmək çox əhəmiyyətlidir. Yay aylarında dağları gəzməyi, meşələrdə olmağı, çayların səsinə qulaq asmağı çox sevirəm və bu, çox cəlbedicidir".
Deputat Ceyhun Məmmədov bildirib ki, yay ərzində də iş qrafiki gərgin olduğuna görə istirahətlə bağlı planları azdır:
"Düzdür, tətilə getsək də, işlərimiz çoxdur. Hələ yarımçıq işlərimiz var. Bu tətil müddətində seçicilərimlə müəyyən görüşlər keçirməyi planlaşdırıram. Ona görə tam istirahət barədə düşünə bilmirəm. Amma yay tətili dövründə 1-2 həftəlik Azərbaycanın dilbər guşələrindən birində istirahət etməyi düşünürəm. Sonra isə yenə işlərimi davam etdirəcəyəm. Çünki elmi işlər, məqalələr istiqamətində işlərim var".
Deputat Kamilə Əliyeva qeyd edib ki, o, tətillə bağlı hər hansı xarici ölkəyə getməyi planlaşdırmır:
"Hər il olduğu kimi bu il də məzuniyyətimi Azərbaycanda keçirdəcəyəm. İlk növbədə seçildiyim Zaqatala və Balakən rayonlarında olacağam. Yəni, bu bölgələrə ailəmlə birlikdə gedəcəyəm. Orada həm görüşlərimi keçirəcəm, rahat bütün kəndləri gəzəcəm. Ondan sonra Azərbaycanın olmadığımız rayonlarında h 1-2 həftəlik istirahət etməyi planlaşdırırıq. Yəni, xaricə getmək fikrim yoxdur.
Deputat Fəzail Ağamalı bildirib ki, o yay tətilində səhhəti ilə bağlı Türkiyə getməyi düşünür:
"İstirahət günlərimin ilk vaxtlarında Azərbaycanda olacağam. Ola bilsin ki, ayın ortasında müayinə ilə bağlı xaricə getdim. Getsəm də, Türkiyəyə gedəcəyəm. Ancaq bütövlükdə Azərbaycanda istirahət etməyi planlaşdırıram".
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə bildirib ki, yay tətili ilə bağlı hələlik ciddi planları yoxdur:
"Mən hal-hazırda Mingəçevirdəyəm və vətəndaşların qəbulunu keçirdirəm. Yayla bağlı hər hansı planım yoxdur. Çox güman ki, Azərbaycanda olacağam və vaxtaşırı Mingəçevirdə vətəndaşları qəbul edəcəyəm".
Aynurə Pənahqızı