-
- 28-02-2019, 12:49
- 1 435
Mərkəzi Bank bu bankları mükafatlandırdı – Siyahı
Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə nağdsız ödənişlərin inkişaf etdirilməsi, innovativ ödənişlərin tətbiqi, elektron bankçılığın və elektron ticarətin genişləndirilməsi istiqamətində müxtəlif nominasiyalar üzrə müsabiqə nəticələrini elan edib və qalib bankları mükafatlandırıb.
Mərkəzi Bankdan News24.az-a verilən məlumata görə, 2018-cı ildə Mərkəzi Bank tərəfindən elan edilmiş 5 nominasiya üzrə aşağıdakı qalib banklar mükafatlandırılıblar:
“POS-terminallarda nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə “Premium Bank” ASC, “Elektron bankçılıq xidmətləri üzrə lider bank” nominasiyası üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə “AGBank” ASC, “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə “Expressbank” ASC, “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyası üzrə “Paşa Bank” ASC I yerə layiq görülüblər.
Nigar MƏMMƏDLİ