Banklararası əməliyyatların həcmi 31% artıb
    • 28-02-2019, 12:57
    • 857

Banklararası əməliyyatların həcmi 31% artıb

Ötən il banklararası ödəniş sistemləri vasitəsilə aparılmış əməliyyatların həcmi 2017-ci ilə nəzərən 31% artaraq 274 mlrd.manat (ÜDM-in 3.4 misli), kart dövriyyəsində nağdsız ödənişlərin həcmi isə 17% təşkil edib.

News24.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev deyib. O bildirib ki, 5 il əvvəl bu göstərici 6% olub. Ötən il elekton bankçılıq xidmətləri vasitəsilə aparılan əməliyyatların həcmi 18.7 dəfə artaraq 36.4 mlrd. manat, əməliyyatların sayı isə 7 dəfə artaraq 10.4 mln. ədəd təşkil edib.

Nigar MƏMMƏDLİ