Vəzifəli şəxslər cərimələndi
    • 11-07-2023, 10:29
    • 212

Vəzifəli şəxslər cərimələndi

Ağstafa rayonunda vəzifəli şəxslər cərimə edilib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, DİN Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Ağstafa bələdiyyəsinin sədri Nəsib Hacıyev və Zəlimxan kənd bələdiyyəsinin sədri Elşən Həsənov barəsində inzibati tədbirlər görülüb. Belə ki, hər iki vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye-məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Onlar barəsində protokollar tərtib edilərək məhkəməyə göndərilib.