Sumqayıtda iki nəfəri öldürməyə cəhd edən şəxs həbs olundu
    • 11-07-2023, 21:33
    • 252

Sumqayıtda iki nəfəri öldürməyə cəhd edən şəxs həbs olundu

İyulun 8-i saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1963-cü il təvəllüdlü Vahid və İradə Kərimduxta kəsici alətlə xəsarət yetirilib.

Sumqayıt şəhər prokurorluğunndan News24.az-a verilən məlumata görə, araşdırma zamanı 1954-cü il təvəllüdlü Rafiq Kərimduxtun aralarında yaranmış mübahisə zamanı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən şadlıq saraylarının birində qohumları Vahid və onun arvadı İradə Kərimduxta bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Rafiq Kərimduxt barəsində Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə) maddəsilə cinayət işi açılıb. O, təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam edir.