Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etdi
    • 12-07-2023, 12:08
    • 124

Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyəti Tovuz döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli qəhrəmanları general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, o cümlədən respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.

Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan edildikdən sonra hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.
Tədbirdə şəhidlərin ölməzliyindən danışılıb və onların xatirələrinin bundan sonra da əziz tutulacağı əminliklə qeyd edilib.

Sonda Müdafiə Nazirliyinin idarə rəisləri şəhid ailələri görüşərək onların qayğıları ilə maraqlanıblar. Ailələr isə öz növbələrində göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.