Polad Həşimovun şəxsi əşyaları Tarix Muzeyinə - təqdim olundu

Polad Həşimovun şəxsi əşyaları Tarix Muzeyinə - təqdim olundu Gündəm
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun şəxsi əşyaları həyat yoldaşı Ofelya Salmanova tərəfindən Milli Azərbaycan Tarix Muzeyinə təqdim edilib.

News24.az xəbər verir ki, bu barədə muzeydən məlumat verilib. Yeni qurulan ekspozisiyada general-mayor Polad Həşimovun şəxsi əşyalarının nümayişi məqsədilə xüsusi vitrin ayrılıb.

Ekspozisiya tezliklə ziyarətçilərin ixtiyarına veriləcək.

Qeyd edək ki, iyulun 12-də Tovuz döyüşlərinin başlanmasının üç ili tamam olur. Döyüşlərdə General-mayor Polad Həşimovla birlikdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu şəhid olub.
Polad Həşimovun şəxsi əşyaları Tarix Muzeyinə - təqdim olundu