-
- 12-07-2023, 15:04
- 728
"Benzinin qiyməti UCUZLAŞMALIDIR, buna əsas var" - Xalid Kərimli
Benzinin qiymətinin enib-enməyəcəyi cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biridir. Bəzi ekpsertlər qiymətlərin aşağı düşməsi üçün zəruri bazar mühitinin və şərtlərinin formalaşdığını deyirlər.
İqtisadçı-ekspert Xalid Kərimli məsələni News24.az-a şərh edib.
O bildirib ki, Azərbaycanda "Aİ-92" markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir: "Aİ-95" premium markalı benzinin qiymətini isə SOCAR tənzimləyir. Onlar bunu bazar şərtlərinə uyğun həyata keçirirdikləri ilə əsaslandırırlar. Premium markalı "Aİ-95" və super markalı "Aİ-98" benzin daxildə istehsal edilmir. Amma mazutu, dizeli və "Aİ-92" markalı benzini yerli neftayırma zavodları istehsal edir. Premium "Aİ-95" və super markalı "Aİ-98" benzini də biz xaricdən alırıq.
Belarus, Rusiya, ABŞ kimi ölkələrdə "Aİ-95" və "Aİ-98" markalı benzinin qiyməti 1,20 - 1,30 AZN arası dəyişir. Nefti, qazı olmayan Gürcüstanda premium markalı benzin 1 manat 50 qəpikdən yuxarı deyil. Qaldıranda yaxşı qaldırırıq. Amma endirmək mövzusunda israrla yerimizdə sayırıq. Neftin qiyməti isə uzun müddətdir ki, 70-80 dollar civarındadır. Yəni, çox ölkədə qiymətlər bizimlə müqayisədə ucuzdur. Qiymətlər qalxanda SOCAR səbəbləri izah etmişdi. İndi o səbəblər yoxdur və qiymətləri aşağı salmaq üçün ciddi əsas var. Bir ekspert kimi mən də deyirəm ki, qiymətlər aşağı düşməlidir, buna ciddi əsas var, cəmiyyətin gözləntisi də budur. Qonşu dövlətlər bunu edib. SOCAR-ın qiymətləri aşağı salmaması şirkətin mənfəətini əhalinin cibinə girməklə qarşılamaqdır".
Məhərrəm Əliyev